Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstriyanın OMV qrupunun Türkiyədəki "Petrol Ofisi şirkətini (yanacaqdoldurma şəbəkəsi) satışa çıxarması ilə bu səhmlərə maraq göstərir. Çünki "STAR" neft emalı zavodunun istismara verilməsindən sonra SOCAR-ın paylayıcı şirkətə ehtiyacı yaranır.

Unikal.org xəbər verir ki, bunu "SOCAR Turkey Energy şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib.

O qeyd edib ki, bu mənada "Petrol Ofisi SOCAR üçün ən uyğun seçimdir. "Təbii ki, burada dəyərləndirmənin də önəmi var, əgər uyğun bir məbləğ olarsa, alışa niyyətimiz var. Lakin "Petrol Ofisi olmazsa, bizim B və C planlarımız var. Başqa bir şirkəti satın almaq üçün müzakirələr apara, yaxud da sıfırdan bir şirkət yarada bilərik, - deyə Z.Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, OMV "Petrol Ofisini 2006-cı ildə "Doğan" Şirkətlər Qrupundan 3 mlrd. dollara alıb. Hazırda "Petrol Ofisinin Türkiyə ərazisində 2 mindən yanacaqdoldurma məntəqəsi, 1 mədən yağ fabriki var. 

OMV ötən ilin fevralında "Petrol Ofisini satışa çıxaracağını elan edib.