Ermənistan İrandan quşçuluq məhsullarının idxalına qadağa qoyub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, quş qripi təhlükəsinə görə qoyulan qadağa yumurta, quş, xammal və quş yeminə şamil edilir. 

Məlumata əsasən, müvəqqəti qadağa Mərkəzi Gülüstan, Gilan, Kirmanşah, Qəzvin vilayətləri və Tehrandan gətirilən məhsullara aiddir.

Qeyd edək ki, qadağa 20 yanvaradək İrandan Ermənistana gətirilən məhsullara aid deyil.