2016-cı ildə əvvəlki illə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7 faiz artaraq 45395,1 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 8,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 12,4 faizi isə yığıma yönəldilib.

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2016-cı ildə dövlət büdcəsinə 17501,2 milyon manat vəsait daxil olub, büdcədən 17742,4 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 241,2 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,4 faizi səviyyəsində olub.
Mərkəzi Bankın ilkin məlumatlarına görə, 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil edib, onun 12824,5 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7605,8 milyon manat təşkil edib.
Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 Avroya - 1,84 manata (1,77), 100 Rusiya rubluna - 2,82 manata (2,39) bərabər olub.