"Azərbaycanda minimum əməkhaqqının artırılması 145 min nəfəri əhatə edəcək".

Unikal.org xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, hazırda təqribən 71 min nəfərin maaşı minimum əməkhaqqı səviyyəsindən aşağıdır:

"Maaşın minumum əmək haqqından aşağı olması işçilərin ya yarım ştatda işləmələri ya başqa səbəblə bağlı ola bilər. Amma ölkə ərazisində əmək haqları minimum qiymətdən aşağı olmamalıdır. Ona görə də onların maaşı 105 manatdan azdır".