Azərbaycan və Rusiya enerji sistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan 330 kilovoltluq (kV) "Yaşma" yarımstansiyasında 220/110/10 kV-lik 1 saylı 200 MVA, 330/220/35/10 kV-lik 2 saylı 240 MVA, 330/110/10 kV-lik 3 saylı 200 MVA avtotransformatorlar və avadanlıqları cari təmir və sınaq edilmiş, rele mühafizə avtomatikası yoxlanılıb. Eyni zamanda, 1 və 3 saylı avtotransformatorların 10 KV-lik tərəfindəki boşaldıcılar yenisi ilə əvəzlənib.
Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Bu dövrdə 220/110/10 kV-lik "Sənaye Qovşağı, 110/10 kV-lik "Sumqayıt-2, yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Köhnə tipli yağ açarlarının müasir, zamanın tələblərinə cavab verən eleqaz, vakuum açar¬larla əvəz edilməsi, mövsümi tədbirlər planına, illik plan-qrafikə əsasən bütün işlərin ardıcıllıqla, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı 110/35/6 KV-lik 135 saylı yarımstansiyada, 110/35/10 kV Kimyacılar, 110/10 kV Masazır, 110/35/10 kV 83 â„–-li və digər yarımstansiyalarda görülən işləri də göstərmək olar.
Analoji işlər 110/35/6 kV Şamaxı, 110/35/6 kV-lik Görədil, 110/35/6 kV Sulfanol və digər yarımstansiyalarda da həyata keçirilib. Ümumiyyətlə, yarımstansiyalarda həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri enerjinin ötürülməsi sisteminin dayanıqlığını daha da möhkəmləndirilib.
Hava xətləri üzrə görülən işlərə gəldikdə isə, balans mənsubiyyətinə daxil olan 500 kV-lik 2-ci "Abşeron, 330 kV-lik 1-ci "Abşeron, 330 KV-lik Xaçmaz, 220 kV-lik "Sənaye Qovşağı və digər hava elektrik verilişi xətlərinin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı təmir-bərpa işləri yerinə yetirilmişdir. Aparılmış təmir-bərpa işləri zamanı bir sıra dayaqlararası naqillər yenilənmiş, şleyflər təftiş edilmiş və izolyatorlar dəyişdirilib.
Qeyd edək ki, Sumqayıt YGEŞ təmir-bərpa işləri zamanı yeni texnologiyaların tətbiqinə üstünlük verir.