Xaçmaz Gömrük İdarəsinin "Xanoba gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd "NZ Gold Compact markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.