Yanvarın 18-də "Sahil" metrosunun qarşısında 01-BO-401 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsünün küçəni zibilləməsi haqqında video yayılıb.

Unikal.org
Avtosfer.az-a istinadən xəbər verir ki, məlumat əsasında qeyd olunan avtomobilin sürücüsü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunaraq törətdiyi inzibati xətaya görə 40 manat cərimə edilib.

Sürücünün özü də inzibati məsuliyyətə cəlb olunması haqqında məlumatı təsdiq edib. Sürücü etdiklərinə görə peşman olduğunu və bir daha belə iş görməyəcəyini bildirib.