ATV-nin aparıcısı Zaur Baxşəliyev sosial çarx hazırlayıb.

Unikal.org xəbər verir ki, o, yeni layihəsini "Bizimləsən verilişində nümayiş etdirib.

Z.Baxşəliyev bildirib ki, bu layihə yaxınlarından imtina edənlər üçün bir mesajdır:

"Amma mən onu atmadım adlı sosial çarx hazırladıq. Düşündük ki, etdiklərimizin nəticəsi olaraq insanlara sosial mesajlarımızı ötürək. Ən çox rastlaşdığımız hal bəzilərinin sağlam, heç bir əngəli olmayan balalarını uşaq evinə, ata-analarını qocalar evinə yerləşdirməsidir. Layihədə olanlar bizim proqrama qatılıb, şəfa tapanlardı. Demək istəyirik ki, bu cür əngəlli insanları yaxınları atmayıblarsa, siz də əzizlərinizi atmayın. Atmaq təkcə qocalar, uşaq evinə yerləşdirmək deyil. Bəzən övladlarımızı da küçələrə atırıq. Bu sosial çarx hər kəsi doğmalarına daha yaxın olmağa səsləyir.