Azərbaycan Pespublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Unikal.org bildirir ki, müsabiqənin məqsədi qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin (texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya və patent) rolunun ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, məqalələr "Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" mövzusunda olmalıdır. Maraqlananlar kivdf.gov.az saytından geniş məlumat əldə edə bilərlər.