Prezident İlham Əliyev "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli440-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində "yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara sözləri "3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə sözləri ilə əvəz edilib.