Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxıb.

Unikal.org xəbər verir ki, 2.50 manata satılan "Kent", "Dawidofff" və digər markalı siqaretlər bir neçə gün əvvəl 20 qəpik, 2 manata qədər olan siqaretlər isə 10 qəpik bahalaşsa da, bu artım da son olmayıb.

Belə ki, az öncə parakəndə satış məkanlarında 2.70 manata satılan siqaretlər 30 qəpik qalxıb:

"Artıq "Kent-4", "Dawidoff" və digər bu markalı siqaretlər 3 manat oldu. 1.80 manata satılan "Winiston" və bu kimi siqaretlər isə artıq 2-2.10 manata pərakəndə satışa çıxarılıb".