Tanınmış psixoloq Dəyanət Rzayevin intiharı etməsi ilə bağlı xəbər vermişdik.

İlahiyyatçı Elşad Miri Unikal.org-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, Dəyanət Rzayevi inanclı bir insan kimi tanıyıb:Onu təmiz, səmimi, inanclı insan kimi tanımışam. Bilirdim ki, insanları aldatmır, maxinasiya etmir. Hər zaman ona hörmət etmişəm. Dəfələrlə birgə verilişlərdə dəolmuşuq. Bu xəbəri eşidəndə çox təəssüfləndim. Bu həddə gəlməsini anlaya bilmədim. Ancaq bu o demək deyil ki, psixoloq intihar edə bilməz. O da bir insandır. Ola bilsin ki, müracitələrin sayının çox olması və başqa problemlərinin mövcudluğu onu bu addımı atmağa vadar edib. İslamda isə bu qəti şəkildə haramdır. Allah Quranda da buyurur ki, özünüzü öldürməyin.

E.Miri intiharların qarşısının alınmasında bu kimi xəbərlərə qada qoyulmasının tərəfdarının olduğunu deyib: "Türkiyə kimi ölkədə intihar xəbərlərini yaymaq qadağan olunub. Azərbaycanda da bu addım atılsa yaxşı olar. Hesab edirəm ki, bununla intiharların sayını azalda bilərik.

Həsən Babayev