"Şərif Əsədullayevin çox sevindiyini hiss etdim

Bu fikirləri Unikal.org-a millət vəkili Çingiz Qənizadə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin təqaüdə göndərilməsi ilə bağlı danışarkən deyib. O, qeyd edib ki, general onun tələbə yoldaşı olub və hazırda da yaxın dostudur: "Bu dostluq 1978-ci ildən başlayıb və 40 ildir davam edir. Şərif müəllim təqaüdə göndərilməsi ilə bağl əmri verildikdən sonra idarənin binasından çxıarkən mənə zəng etdi və gülə gülə dedi ki, "məni təbrik edə bilərsən. Nəhayət ki, fəxri təqaüdə çıxa bildim. Polis orqanlarında çalışıb çətin ictimai-siyasi dövrlərdən keçərək gəlib şərəflə təqaüdə çıxmaq özü şərəfli bir işdir. Onun çox sevindiyini hiss etdim. Nazirlikdə görüş olduğunu, onların hər birinə fəxri fərmanlar verilib, işləri ilə bağlı xoş sözlər deyildiyini bildirdi. Bu xidmətkeçmə haqqında qanuna uyğundur. Hesabe dirəm ki, cənab nazir Şərif Əsədullayev və digər təqaüdə göndərilən şəxslərlə bu vaxta qədər işləyibsə, deməli, onlardan razı olub. Şərif müəllim bir müddət sonra istirahət etdikdən sonra, yəqin ki, hansısa bir fəaliyyətlə məşğul olacaq. Biz də hər zaman bir-birimizin yanında olacağıq, maddi və başqa köməklikləri göstərəcyik.
Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrlə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevlə yanaşı, nazirliyin yüksək rütbəli zabitləri təqaüdə göndərilib.

Həsən Babayev

Image result for şərif əsədullayev