"Dedim mənim ixtiyarım yoxdur, Dəyanət Rzayevə zəng edib deyim ki, hansı problemi var?

Bu fikirləri Unikal.org-a tanınmış aparıcı Elgiz Əkbər psixoloq Dəyanət Rzayevin intiharına münasibət bildirirək deyib. O, açıqlamasında maraqlı məqama toxunub: "Təxminən 2-3 il bundan əvvəl Bakıda polis idarələrinin birində bizə müraciət edən ailənin qarşı tərəflə görüşünü təşkil etmək istəyirdik. Orada bir polis nəfəri mənə yaxınlaraq bizdən əvvəl Dəyanət Rzayevin ora gəldiyini və çox ciddi problemlərinin olduğunu dedi. Hətta mənə bildirdi ki, niyə onunla dost kimi söhbət etmirəm? Həmin polis Dəyanət bəyin insanlara kömək etməyə çalışdığını, amma özünün ciddi problemlərlə qaşılaşdığını vurğuladı. Açığı mən onun ciddi problemlərinin olmasından xəbərdar deyildim. Polislə söhbətimizdə dedim mənim ixtiyarım yoxdur ki, Dəyanət müəllimə zəng edib hansı probleminin olduğunu soruşum.

E.Əkbər mərhum psixoloqu güclü insan kimi tandığını diqqətə çatdırıb: Onun müəyyən problemlərinin olması haqqında mənim məlumatım var idi. Yəqin ki, vəziyyətin çox ciddi olması onun intihar etməyə vada edib. Mən onu güclü insan kimi tanıyırdım. Təəssüf edirəm. Yaxşı mütəxəsis idi. Həmişə işinə məsuliyyətlə yanaşırdı. Verilişə gəlirdi, insanlarla söhbətlər aparırdı. Verilişdən sonra da həmin insanların problemləri ilə maraqlanırdı, təmənnasız dəstək olurdu.

Həsən Babayev