Psixoloq Dəyanət Rzayevin intiharı cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Sözügedən məsələ ilə bağlı Unikal.org-a psixoloq Fidan Azərqızı açıqlama verib.


Psixoloq bildirib ki, son illərdə intihar hadisələrinin artmasının başlıca səbəbi mediada ölüm xəbərlərinin düzgün çatdırılmamasıdır:

"Medianı izləyən insanlar hamısı Psixoloq Dəyanət Rzayevin özünü öldürməsi xəbərini adi məlumat kimi oxuyub, üzərindən keçə bilmədi. Bu insanlara müxtəlif formada təsir göstərir və xəbərlərdə istifadə olunan şəkillər və manşetlərə çıxarılan başlıqlar istəməyərəkdən də olsa, bir növ təbliğat xarakteri daşıyır.

İntihar aktlarının baş verməsinin müxtəlif səbəbləri vardır. Lakin ən ön sırada olan səbəblərindən biri depressiyadır.İntihar edən insanları araşdırsaq o nəticəyə gələ bilərik ki,intihar edən insanların əksəriyyəti daha öncə yaxın çevrəsindəkilərlə hər hansı bir işarə ilə atacaqları bu addım haqqında müəyyən xəbərdarlıqlar edir. Əksər zamanlarda bu məlumatlar ətrafdakılar tərəfindən ciddi qəbul edilmir və sonda intiharlar baş verir.

Əksər zamanlar insanları belə bir sual maraqlandırır: İnsanların psixoloji yardıma ehtiyacı olanda psixoloqa müraciət edir. Bəs psixoloqlar öz narahatçılıqlarını kimə danışır?

Həmsöhbətimiz sualı belə cavablandırıb:

"Həftə ərzində müəyyən narahatçılığı olan insanlar ilə işləyirik bu da bizdə psixoloji yüklənmə yaradır. Bunun üçün psixoloqlarda mütləq digər bir kolleqaları ilə öz narahatçılıqlarını bölüşməli və mütləq bir əlavə sevdiyi məşğuliyyət ilə başlarını qatmalıdırlar. Əks halda yanma sindiromu yaxud da psixoloji sarsıntılar yaşayırlar.

Dünən hörmət etdiyimiz,Azərbaycanda Praktik psixologiyanın inkişafın da öz rolu olan Dəyanət Rzayevin intihar xəbəri bizi sarsıtdı. Hər kəs qəbul etməlidir ki, peşəsindən, cinsindən, irqindən, dinindən, sosial statusundan aslı olmayaraq ilk öncə hər kəs insandır .Və bir psixoloqda zamanla yuxarda qeyd etdiyim kimi öz narahatçılıqlarını həll etməzsə, depressiya düşməsi və yaxud da intihar etməsi qaçılmazdır.Onun üçün yaşadığımız bütün çətinlikləri zamanıda həll etməliyik.Psixoloji problemlər bir-birini əvəz etməyi çox sevir . Çalışmaq lazımdır problemlərini yaxın bildiyin insanlarla paylaşıb, həll yolunu tapasan .

Zaurə Əmirova