Bu gün, 26 yanvarda Dövlət Təhlükəsizliyi Xidməti silahlı cinayətkarın - dini ekstremist, Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün xüsusi əməliyyatı keçirib.

Əməliyyat zamanı cinayətkar silahlı müqavimət göstərib.

Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org-a DTX-nın ictimai əlaqələri üzrə şəbəsindən bildiriblər.

Məlumatına görə, DTX əməkdaşları qanuna uyğun olaraq silah tətbiq ediblər. Cinayətkar məhv edilib.