Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Enrike Penya Nyeto Twitter səhifəsində bildirib: ""Biz bu səhər Ağ Evi növbəti çərşənbə axşamı prezident Tramp ilə planlaşdırılan işgüzar görüşdə mənim iştirak etməyəcəyim barədə məlumatlandırdıq".

Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu vurğulayıb: "Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir.

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalamışdı. Sonra Meksika prezidenti həmin divarın tikintisini maliyyələşdirməyəcəyini bəyan etdi.

Bunun qarşılığnda D.Tramp konkret şərt qoydu: "Əgər Meksika bu qədər vacib bir divarın inşası üçün vəsait ödəmək istəmirsə, onda gözlənilən görüşü təxirə salmaq daha yaxşıdır".