77 Yaşında Lastik Tamircisi Kadın Kolu Kırılmasına Rağmen İşini Bırakmadı
Türkiyənin Afyonkarahisar bölgəsinin Sandıqlı mahalında hərbi xidmətə gedən oğlunun iş yerinin bağlanmaması üçün 37 ildir təkər təmiri ilə məşğul olan 77 yaşındakı Vəsilə Akın qolu qırılmasına baxmayaraq öz işindən zövq aldığını deyib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Sandıklıda avtomobil təmiri yeri olan Vəsilə Akın, 37 il əvvəl oğlu Əli Akın əsgərliyə getdiyi üçün ona aid təkər təmiri sexində özü işləməsinə qərar verib. Buna səbəb isə oğlunun bu işlə əldə etdiyi müştərilərə davamlı xidmət göstərməsidir. Sözügedən müddətdən işə başlayan Vəsilə nənə hələdə öz işindən əl çəkmək istəmir. O işindən zövq aldığını və fiziki cəhətdən heç bir problemi olmadığınıda deyib.