Bakı şəhərində qarın təmizlənməsi davam edir. 

Bu barədə Unikal.org-a "Azəravtoyol" ASC-nin mtbuat xidmətinin rəhbəri Anar Nəcəfli söyləyib.

Bildirib ki, Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektləri, həmçinin respublikanın avtomobil yolları səhər tezdən saat 5-6 arası yenə də təmizlənəcək:

"Ancaq bu o demək deyil ki, texnikalar işləri bitən kimi qarajlara gedəcək. Əsla belə deyil. Bütün problemli ərazilər nəzarət altında olacaq və texnikalar gecə boyu hazır vəziyyətdə bu ərazilərdə saxlanılacaq. Problem yaşanan kimi qarın təmizlənməsinə, hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi işlərinə cəlb olunacaqlar. Bir sözlə gecə boyu yollar nəzarətdə saxlanılacaq".