İraqın 5 və Yəmənin 1 vətəndaşı "EgyptAir" aviaşirkətinin Qahirə-Nyu-York marşrutu ilə uçan təyyarəsinin göyərtəsinə buraxılmayıblar. Buna səbəb ABŞ prezidenti Donald Trampın bir neçə ərəb ölkəsinin vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağan olunmasına dair fərman olub.
Unikal.org-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə "Sky News Arabia" nəşri bildirib.
Qeyd edək ki, Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb. Bundan başqa, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb.