Türkiyənin paytaxtı Ankara şəhərində, Konya yolu üzərindəki oteldə keçirilən kiçik toy mərasiminə silahlı hücum baş verib.
Unikal.org bildirir ki, bu barədə "Habertürk" xəbər yayıb.
Məlumatda bildirilir ki, naməlum şəxslər mərasimdə iştirak edən qonaqlara odlu silahdan atəş açıb. Nəticədə 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Yaralananlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Polis cinayətkarların yaxalanması məqsədilə əməliyyata başlayıb.