Ukraynadan olan 40 hərbçi uşağı bu yay Azərbaycanın hesabına Türkiyədə istirahət edəcək.
Unikal.org bildirir ki, bu barədə Ukraynanın Nikolayevsk vilayət administrasiyasının rəhbəri Aleksey Savçenko öz "Facebook" səhifəsində yazıb.
O bu barədə razılığın yanvarın 28-də Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə keçirilən görüşdə əldə olunduğunu bildirib.
"Yayda anti-terror əməliyyatlarının Nikolayevskdən olan hərbçi iştirakçılarının 40 uşağı Türkiyədə istirahət edə biləcək. Bu barədə biz bu gün (Yanvarın 28-də - Report) Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə razılığa gəldik. Bu sevgi və qayğıya görə ona təşəkkürümü bildirirəm", - deyə qubernator söyləyib.