Bu gün səhər saatlarında Dağıstanın Xasavyurt şəhərində xüsusi əməliyyat keçirilib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, silahlıların gizləndiyi ev mühasirəyə alınıb.

Təslim olmaqdan imtina edən silahlılar xüsusi təyinatlılara atəş açıblar. Atışma nəticəsində 3 silahlı öldürülüb.