"Xaricdə təhsil almış, xarici dil bilən gənclərin ölkədə qalıb işləməsində hər kəs, xüsusilə də məmurlar maraqlı olmalıdırlar.

Bu fikirləri Unikal.org-a milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Rövşən Rzayev xaricdə təhsil almış gənclərin işlə təminatında üzləşdiyi problemlərdən danışarkən deyib.

O, qeyd edib ki, dünya universitetlərində biliklərə yiyələnmiş gənclərimiz mütləq qaydada işlə təmin edilməlidirlər: "Belə gəncləri ölkədən küsdürmək olmaz. Təəssüflər olsun ki, bəzi məmurlar öz vəzifə borclarını kifayət qədər yerinə yetirmirlər. Bu çox mənfi bir haldır. İstərdim ki, bu məmurlar dövləti, milləti və vətəni düşünsünlər. Həmin gənclər onların işə qəbul məsələsində özləşdikləri problemi dilə gətirməkdə haqlıdırlar. Hesab edirəm ki, bu həssas məsələ olduğu üçün mütləq şəkildə diqqətli olmaq lazımdır.

Həsən Babayev