Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Heydər Heydərli təqaüdə göndərilib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, Heydər Heydərli bundan əvvəl Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi olub.