Ötən gün mətbuatda "Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun ABŞ prezidenti Donald Trampla görüşünü əks etdirən məlumat və fotolar yayımlanıb.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən məlumat sayta "Palmalinın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu tərəfindən göndərilib. Xəbər sayta yerləşdirildikdən sonra məlum olub ki, təqdim olunan fotolardan ikisi fotoşopla hazırlanıb və Trampla Mənsimov "yan-yana gətirilib.

Sözügedən fotolar müzakirələrə səbəb olub, bu saxtakarlıq sosial şəbəkələrdə pislənilib. Məsələ ilə bağlı şirkətə müraciət etməyimizə baxmayaraq, həmin fotoların orijinal olduğunu iddia ediblər. 

Sözügedən iki fotonu təqdim edirik: