"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyev halının qəfil pisləşməsindən danışıb. 

O, Unikal.org-a deyib ki, tədbir zamanı böyük qardaşının ölüm xəbərini eşidib və buna görə, halı xarab olub: "Böyük qardaşım İbrahim Abıyevi itirdim. Halım pisləşdi, özümü itirdim. Hazırda mərasim yerindəyəm, özümü yaxşı hiss etmirəm". 

Xatırladaq ki, bu barədə xəbəri bakipost.az saytı yayıb.