ATV kanalında dəyişiklik olub.
Unikal.org xəbər verir ki, televiziyanın prezidenti Vüqar Qaradağlının əmri ilə kanalda ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamenti yaradılıb.
V.Qaradağlının digər əmri ilə bu departamentə rəhbərlik "ATV Səhər layihəsinin müəllifi və aparıcısı Turan İbrahimova həvalə edilib.
Kanalın Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu vəzifəsində qalıb və ATV -nin sözçülüyü Turan İbrahimova həvalə edilib.
Qeyd edək ki, bu məlumat ATV kanalından daxil olub.
Xatırladaq ki, bu barədə ilk məlumatı Enter.News yayıb.