Bakıda mənzildən oğurluq olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Cabbarlı küçəsindəki nömrəsiz evlərdən birində qeydə alınıb. Burada yaşayan 1971-ci il təvəllüdlü Qorxmaz Quliyevin evindən pəncərədən içəri daxil olmaqla 12 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.