ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərmanı ilk dəfə şərh edib.
Unikal.org-un məlumatına görə, o, Tvitter hesabında immiqrasiya fərmanı ilə müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinə tam qadağa qoymaq istəmədiyini bildirib.
"Hər kəs bunun qadağa olub-olmadığı ilə bağlı mübahisələr edir. Bunu necə istəyirsinizsə, adlandırın. Lakin fərmanın əsas məqsədi ölkəyə pis niyyətli insanları buraxmamaqdır, - deyə Tramp yazıb.