Rusiyanın 18 milyarderinin 2017-ci ilin ilk ayı üçün ümumi sərvəti 7,9 milyard dollar artıb.
Unikal.org-un xəbərinə görə, bu barədə "Bloomberg Billionaires Indexin məlumatında bildirilir.
Qeyd olunur ki, "Rusala şirkətinin sahibi Oleq Deripaska 1 ay ərzində 1,7 milyard dollar, Maqnitorsk metallurgiya kombinatının rəhbəri Viktor Raşnikov 1,1 milyard dollar, Novolipetsk Metallurgiya Kombinatının direktorlar şurasının rəhbəri Vladimir Lisin 941,5 milyon dollar, eləcə də , "Lukoyl şirkətinin prezidenti, azərbaycanlı biznesmen Vahid Ələkbərov 48,6 milyon dollar gəlir əldə edib.
Eləcə də yanvar ayı ərzində "Evroxim şirkətinin sahibi Andrey Melnitsenko, "USM Holdingsin banisi Alişer Usmanov, "Oneksima şirkətinin rəhbəri Mixail Proxorov, "Renova qrupunun rəhbəri Viktor Vekselberq səhmlərini artırıb.