Bu gün səhər Xəzər dənizində 3,2 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05.35-də qeydə alınıb.
Ocağı 49 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.