İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, İsmayıllı rayon Prokurorluğundan Trend-ə bildirilib ki, hadisə fevralın 1-də rayonun Cülyan kəndində baş verib.
Rayonun Qalacıq kəndində qeydiyyatda olan, 1965-ci il təvəllüdlü Bəbirov Çingiz Sidqi oğlu Cülyan kəndində yaşadığı evdə sirkə turşusu içib. Ç.Bəbirov qohumlarının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Bəbirov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.