Bakıda nənə və nəvəsi itkin düşüb.
Unikal.org xəbər verir ki, bu barədə Qaradağ rayon Polis İdarəsindən Apa-ya məlumat verilib.
Bildirilib ki, rayon sakini, Rahim Hacıyev polisə ərizə ilə müraciət edərək həyat yoldaşı, 46 yaşlı Nəzakət Hacıyeva və nəvəsi, 4 yaşlı Ləman Hacıyevanın yanvarın 30-da evdən çıxaraq getdiklərini və bir daha geri qayıtmadıqlarını bildirib.
Polisə daxil olan məlumat əsasında axtarışlara başlanıb.