Astara rayonunda Rusiyaya məxsus içərisində 19 ton xiyar olan yük maşını yanıb.
Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.
Rusiyanın vətəndaşı, 1966-cı il təvəllüdlü Hapışov Əli Fərhad oğlunun idarə etdiyi "Renault" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın başlayıb. Alov qısa zamanda bütün maşını bürüyüb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yük maşınında 19 ton xiyar olub. Məhsulun böyük hissəsi məhv olub.
Yanğının baş vermə səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.