İsmayıllı rayonunda tanınmış həkimin intihar etməsi ilə bağlı araşdırmalar aparılır.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, evində nitrat turşusu içəndən sonra kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılan 52 yaşlı Çingiz Bəbirov kimyəvi məhlulu səhvən içdiyini deyib. Daha sonra vəziyyəti ağırlaşan və vəfat edən həkimin yaxınları da onun hansısa səbəbdən intihar etməsini düşünmədiklərini deyiblər.
Bildirilir ki, Ç.Bəbirov İsmayıllıdıa tanınmış stomatoloqdur və mərkəzi rayon xəstəxanasında işləyirmiş. O, əslən rayonun Qalacıq kəndindəndir və bir neçə il əvvəl rayon mərkəzinə daha yaxın yerləşən Cülyan kəndində ev tikdirərək buraya köçüb.
Ölüm faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.