Türkiyənin Silivri bölgəsində İstanbul polisi qadın alverinə qarşı əməliyyat keçirib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, polis dəstələri fahişəxana fəaliyyəti ilə məşğul olan ümumilikdə 5 otel və 7 əyləncə mərkəzinə basqın edib.
Nəticədə fahişəliyə cəlb edilən 84 qadın yaxalanıb.
Əməliyyatda, 27 Moldova, 27 Ukrayna, 10 Mərakeş, 6 Belarus, 5 Rusiya, 4 Gürcüstan, 2 Özbəkistan, Ermənistan, Qırğızıstan və Azərbaycan əsilli qadınlar saxlanılıb.
Saxlanılan 13 qadında təhlükəli AIDS, Hepatit C virusu aşkarlandığı üçün xəstəxanaya yerləşdiriliblər.