Bakıda mənzildə meyit tapılıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1957-ci il təvəllüdlü Həsənov Rəfail Əbdülhəsən oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib.