6 yaşından fortepianoda, skripkada yüksək peşəkarlıqla ifa edə bilir, üstəlik əsər də bəstələyir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 12 yaşı olan Alma Doyçer artıq 2 opera, konsert, sonata bəstələməyi bacarıb.
Alma deyir ki, o, dincələndə, pərilər, şahzadələr barədə düşünəndə musiqi bəstələyir. O, evdə saatlarla musiqi ilə məşğul olur.