Hacıqabul rayonunda 25 yaşlı qız özünü yandıraraq intihara cəhd edib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, Hacıqabul şəhəri, Daşqın Ağamalıyev küçəsi 29-da yaşayan Aişən Tərlan qızı Allahverdiyeva özünü yandıraraq intihara cəhd edib.
Yaxınları tərəfindən alov söndürülüb və müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alan qız Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aprılır.