Bakıda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsinin Çiçək yaşayış massivində qeydə alınıb. 

Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Elqar Allahverdi oğlu Hümbətov yaşadığı evin həyətində özünü asıb. 

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.