Ağdam rayon sakini ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Xındırıstan kəndində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü İsmayılov Tofiq Kamal oğlu kustar üsulla düzəltdiyi silahı yoxlayan zaman ehtiyatsızlıqdan açılan atəş özünə dəyib.
Sağ gözündən güllə yarası alan T. İsmayılov ölüb.
Faktla bağlı araşdırma aparılır.