Avropa İttifaqı Gürcüstanla viza rejiminin ləği barədə qərar qəbul etdi. Bu qərar Gürcüstan vətəndaşlarına nə vəd edir?

Məsələ ilə bağlı Unikal.org-a danışan Atlas Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu addım gələcəkdəki genişmiqyaslı əməkdaşlığın başlanğıcıdır: "Bu qərar Gürcüstan vətəndaşları üçün gözlənilən idi. Çünki, bundan əvvəl Avropa İttifaqı ilə asossiativ saziş imzalanmışdı. Gürcüstan Avropaya inteqrasiya olunmaq istəyir. Vizasız gediş Gürcüstanı Avropaya daha da yaxınlaşdıracaq. Qərar avropalı həmkarları ilə əməkdaşlıq etmək istəyən gürcü iş adamlarının işini də rahatlaşdıracaq. Bu gələcək genişmiqyaslı əməkdaşlığın başlanğıcıdır. Gürcütsanın Avropa ittifaqından ayrı gözləntiləri də var. Onlar Avropa İttifaqının tamhüquqlu üzvü olmaq niyyətindədirlər. Ancaq bu bir qədər mürəkkəb məsələdir. Hər halda ilkin addım atıldı.

Həsən Babayev