Bakının Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9000 manatlıq brilyant üzüyü oğurlanıb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkən özü məlumat verib.
Belə ki, A.Məmmədova adlı şəxs kino mərkəzinin sanitar qovşağında əlini yuyarkən uzüyünü çıxararaq krantın yanına qoyub. Geri qayıdanda isə üzüyünün orada olmadığını görüb.
Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.