Əzələ zəifliyi xəstəliyindən əziyyət çəkən qadın İstanbuldakı AVM-lərin birinin sanitar qovşağında təcavüzə uğrayıb.
Unikal.org bildirir ki, İstanbulda ailəsi ilə birlikdə yaşayan 39 yaşlı D. 12 ildir ki, əlil arabası ilə hərəkət edir
O, 2016-cı ilin iyun ayında feysbukda evli və 3 uşağı olan 35 yaşlı Erol G. adlı kişi ilə tanış olub. O, qıza xanımından ayrıldığını söyləyib. Onların münasibətləri ciddiləşib. İstanbuldakı AVM-lərin birində görüşüblər. Erol G. D-yə cinsi əlaqədə olmaq təklif edib. Təklifi rədd edən D. əlillər üçün nəzərdə tutulan ayaqyoluna gedib. İddialara görə, Erol da D.-nin arxasınca oraya gedib və tualetdə D.-ni zorlayıb.
Təcavüzdən sonra D. huşunu itirib. Ayıldıqdan sonra xəstəxanaya gedən D.-nin qanaxması dayanmayıb.
Daxili qanama riskinə görə əməliyyat olunması lazım olan D. əzələ zəifliyi xəstəsi olduğuna görə həkimlər onu əməliyyat etmək riskini öz üzərlərinə götürməyiblər. D. müayinə olunduqdan sonra evə buraxılıb. Həkimin verdiyi hesabata görə, D.-nin qızlıq pərdəsi yırtılıb.
D. Erolu polisə verib. Erol həmin gün tutulub. Məhkəməyə çıxarılan Erol qızın istəyi ilə cinsi əlaqədə olduqlarını söyləyib.
Onların növbəti məhkəməsi gələn həftə baş tutacaq.