Xəbər verdiyimiz kimi, Azad Azərbaycan telekanalında "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr adlı yeni departament yaradılıb və rəhbər vəzifəsinə aparıcı Turan İbrahimov təyin edilib.

Unikal.org xəbər verir ki, telekanal yeni departamentin fəaliyyəti ilə bağlı xəbər yayıb:

"Yeni departament nəyə xidmət edəcək?

Azad Azərbaycan kompaniyasındakı son struktur dəyişikliyi ictima-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin yaradılması zərurətdən irəli gəldi. Heç kimə sirr deyil ki, ATV, 106 və 106.3 FM ölkənin informasiya məkanında əsas söz sahiblərindən biridir. Bu səbəbdən şirkətin vahid informasiya siyasətinin təminatı məsələsi olduqca vacib məsələdir. Bunu nəzərə alaraq şirkət prezidenti Vüqar Qaradağlı belə bir qərar qəbul edib və İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin qurulması əmrini verib. Geniş səlahiyyətləri olan bu departament üst qurum rolunu oynayır. Departament kanalın ümumi imicinin qorunmasından, yaradıcılıq prosesinin ictimai məsuliyyətliklə həyata keçirilməsindən, effektiv ictimaiyyətlə əlaqələr qurulmasından tutmuş xəbər siyasətinə qədər müxtəlif sahələrə nəzarət edəcək.

Hazırda kanalın iki xəbər mərkəzi fəaliyyət göstərir: ATV xəbər və ATV səhər. Yeni departament bir-birindən müstəqil fəaliyyət göstərən bu iki xəbər mərkəzlərinə də nəzarət edəcək və ümumi xəbər siyasətini kordinasiya edəcək. Departamentin sturukturunun formalaşdırılması istiqamətində hazırda geniş tədbirlər görülür. Departamentə rəhbərlik isə şirkətin əməkdaşı Turan İbrahimova həvalə olunub",