Belarus hökuməti Rusiyanı məhkəməyə verib.
Unikal.org xəbər verir ki, apa-nın RBC-ya istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib.
O bildirib ki, buna səbəb Rusiya neftinin Belarus ixracının azalmasıdır.
"Mübahisə yalnız qazla bağlı idi. Lakin onlar neft ixracını azaltdılar. Anlaşmalarımıza əsaslanaraq, məhkəməyə müraciət etdik, - deyə o qeyd edib.
Lukaşenko mövcud durumun anormal adlandırıb: "Belarus Rusiya ilə bağladığı heç bir müqaviləni pozmayıb. Rusiya hakimiyyəti isə bəzən belaruslu məmurlara yuxarıdan aşağı baxır. Rusiya nefti olmadan da keçinə bilərik. Lakin bu, çətin olacaq.