Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan vətəndaşı da daxil olmaqla onunla əlbir olan üç nəfəri saxlayıb.
Unikal.org-un məlumatına görə, "Report" UNN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, onlar fevralın 2-də Ukrayna Milli Bankının departament direktoruna 25 min ABŞ dolları məbləğində rüşvət vermək istəyərkən saxlanılıblar.
Belə ki, Ukrayna Milli Bankının Ödəniş Sistemləri Departamentinin direktoru "Platiservis" ölkədaxili ödəniş sisteminin Milli Bankda qeydiyyata alınması və ona müvafiq sertifikat verilməsi qarşılığında məhdud məsuliyyətli cəmiyyətlərdən birindən hədə-qorxu yolu və vasitəçilərinin yardımı ilə iki mərəhələdə 35 min ABŞ dolları rüşvət almaqla bağlı cinayət sxemi hazırlayıb.
Hazırda Ukrayna Baş Prokurorluğu saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə məktubla məlumat verib.
Faktla bağlı cinayət işi başlanılıb.