Hazırda Türkiyə Silahlı Qüvvələrində hərbi xidmətdə olan İsmayıl Tutkun uşaq evində böyüyüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hərbi hissədə olan zaman barmağından yaralanıb.
İsmayılı dincəlmək üçün məzuniyyətə göndəriblər. Lakin əsgər qalmağa yer tapmayıb. O, parklarda, ticarət mərkəzlərində gecələyib. İsmayıl türkiyəli jurnalistlərə müraciət edərək ona köməklik göstərilməsini xahiş edib.