"64, 187, 173 saylı və bir sıra marşrutlarda istismar olunan nəqliyyat vasitələri standartlara cavab vermir".

Unikal.org xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

O bildirib ki. həmin nəqliyyat vasitələrinin əsaslı təmirə ehtiyacı var: "Biz həmin marşrut xətlərinə yeni nəqliyyat vasitələrinin buraxılmasına çalışacağıq. Anlayırıq ki, indiki durumda daşıyıcıların xətlərə yeni avtobusların buraxılmasına imkanı yoxdur. Ən azından həmin nəqliyyat vasitələri əsaslı təmir olunmalıdır".